01 fevral 2025 23:54
94

Filadelfiyada təyyarə qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində təyyarə qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, ölənlər arasında təyyarədə olan altı və yerdə olan bir nəfər var. Həlak olanlar Meksika vətəndaşlarıdır.

Daha 19 nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, “Learjet 55” yanvarın 31-də yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə fevralın 1-i 03:30-da) Filadelfiyanın şimal-şərqindəki hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb.

Təyyarə Filadelfiyanın şimal-şərqindəki hava limanından qalxdıqdan 30 saniyə sonra 1600 fut (487 metr) yüksəklikdə radarlardan itib. CBS telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib ki, təyyarə yaşayış binalarına çırpılıb.

Məlumata görə, hadisədən sonra Kottman prospekti və Ruzvelt bulvarı ərazisində bir neçə ev yanıb.