"Mançester Yunayted"in futbolçusu Markus Reşfordun yeni klubu bəlli olub.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İngiltərəli hücumçu "Aston Villa"ya keçməyə hazırlaşır. O, yeni komandasında icarə əsasında çıxış edəcək. Tərəflər transferin yaxın zamanda gerçəkləşməsi üçün hər şey edirlər.
Bildirilir ki, "Aston Villa"nın baş məşqçisi Unay Emeri şəxsən Reşforda zəng edib. O, futbolçunu klubun layihəsi və Çempionlar Liqada çıxışı ilə cəlb edib.
Qeyd edək ki, daha öncə mətbuatda Markus Reşfordun "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorimin arasında gərginlik olduğu ilə bağlı xəbərlər yayılmışdı.