02 fevral 2025 00:29
86

Ticarət mərkəzinin tavanı müştərinin üzərinə aşdı

Türkiyədə ticarət mərkəzinin yeməkxanasının tavanı yemək yeyən müştərinin başına uçub.

İki sahil” xəbər verir ki, hadisə Bursada baş verib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə nəticəsində yaralanan şəxs hadisə yerinə gələn tibbi heyət tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanaya aparılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”