02 fevral 2025 09:50
103

"Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

"Qarabağ" Misli Premyer Liqasının XXI turunda bu gün "Zirə" ilə qarşılaşacaq.

“İki sahil” xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmadan sonra tura yekun vurulacaq.

Matç saat 19:00-da start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir. 36 xalı olan "Zirə" üçüncüdür.

Misli Premyer Liqası

III dövrə, XXI tur

2 fevral

19:00. “Zirə” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev

VAR: Rauf Cabbarov

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Səbail"ə 1:1, "Sumqayıt" isə "Araz-Naxçıvan"la 0:0 hesabı ilə bərabərə qalıb