Suriyanın yeni hakimiyyət orqanları üçün prioritet enerji sektorunun və hava nəqliyyatının bərpasıdır.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə keçirdiyi mətbuat konfransında deyib.
"Mümkün qədər tez bir zamanda ciddi addımlar atmaq lazımdır. Suriya ilə bağlı tətbiq edilən beynəlxalq sanksiyaların aradan qaldırılması da vacibdir. Bundan əlavə, Suriyanın bütün ərazisində təhlükəsizliyin təmin edilməsi və ölkədə fəaliyyət göstərən bütün silahlı qrupların Milli Ordunun komandanlığı altında birləşməsi vacibdir, - Fidan bildirib.
Türkiyə xarici işlər naziri, həmçinin terrorla mübarizəni vacib proses adlandırıb.
"Biz bu prosesi yaxından izləyirik. Suriyada terrorun davam etməsinə dözmək niyyətində deyilik", - Fidan qonşu ölkənin şimalında fəaliyyət göstərən PKK qüvvələrinə işarə edib.