02 fevral 2025 18:33
76

Ərdoğan: Növbəti seçkidə 50 faiz səs əldə etməyi hədəfləyirik

Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən partiya qurultayında iştirak edib.

“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edərək partiyanın gələcək planlarını açıqlayıb.

O bildirib ki, 2028-ci ildə keçiriləcək növbəti bələdiyyə seçkisində Ədalət və İnkişaf Partiyası səslərin 50 faizini qazanmağı hədəfləyir.

"Yenə 50 faiz səs hədəfinə çatmaq istəyirik. Bu hədəfə çatmaq üçün sizdən böyük işlər gözləyirik. Ən böyük iş komanda şəklində çalışmaqdır. Müxalifətimizə fikir verməyin. 22 ildən artıqdır ki, bu zehniyyətlə davam edirlər. Əgər bu cür edərlərsə, 222 il də gözləyə bilərlər", - deyə o bildirib.