Alman – Azərbaycan Xarici Ticarət Palatasının Vergi, gömrük və hüquq məsələləri üzrə işçi qrupunun növbəti görüşü keçirilib.
"İki sahil" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, görüşdə DVX-nın nümayəndələri də iştirak edib.
Məlumata görə, tədbirdə büdcə-vergi siyasəti çərçivəsində vergi qanunvericiliyində həyata keçirilən dəyişikliklər barədə müzakirələr aparılıb. İşçi qrupun iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin idarə rəisi Rəşad Nuriyev və şöbə rəisi Eldar Mədətov iştirak ediblər.
DVX nümayəndələri Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi nəzarəti mexanizmləri, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına dair qarşıya qoyulan məqsədlər barədə danışıblar.
Görüş zamanı ölkədə biznes mühitinin təkmilləşdirilməsi və vergi qanunvericiliyinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə belə müzakirələrin davamlı olaraq təşkilinin vacibliyi vurğulanıb.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb