Azərbaycanda qanunvericilik aktları süni intellektin anlayacağı formatda hazırlanmalıdır.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili bugünkü plenar iclasında bildirib.
Onun sözlərinə görə, hazırda süni intellekt mövcud qanunvericilik mətnlərini tam anlaya bilmir: "Hüquq, texniki və iqtisadiyyat sahələrində süni intellektin rolunun artması qanunvericilik aktlarının formatında dəyişiklikləri zəruri edir. Bu baxımdan, qanunların həm vətəndaşların, həm də süni intellektin başa düşə biləcəyi iki formatda hazırlanması vacibdir".
T. Mirkişili hesab edir ki, Milli Məclisin bu sahədə müəyyən resursu və təcrübəsi var.
"Texniki imkanları da nəzərə alaraq təklif edirəm ki, Milli Məclis, Nazirlər Kabineti və hökumətin resurslarından istifadə edilməklə bütün qanunvericilik aktlarının, eləcə də bundan sonra qəbul ediləcək qanunların iki formatda – həm təbii, həm də süni intellektin anlayacağı şəkildə hazırlanması üçün addımlar atılsın”, – deyə deputat əlavə edib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb