Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta sektorunun cari il üçün strateji prioritetləri müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Sığorta sektorunun rəhbər şəxsləri ilə görüş keçirdik. Görüşdə ötən ilin nəticələrini və cari il üçün strateji prioritetləri müzakirə etdik, yaxın və ortamüddətli hədəflər, o cümlədən maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb