İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.
"İki sahil" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 6-da, saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu isə fevralın 7-də, saat 10:00-dan “Elektron ipoteka və kredit zəmanət “sistemi (www.e-gov.az) üzərindən "SİMA Token" (Elektron İmza) və yaxud "ASAN İmza" vasitəsilə həyata keçiriləcək.
Elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notebook vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub