Yerli məhsulları dünyanın 40-dan ölkəsinə “Made in Azerbaijan” şüarı ilə ixrac edən “Azərsun Holdinq” 3-7 fevral tarixlərində “Prodekspo” sərgisində iştirak edir. “Bizim Tarla”, “Saville”, “Zeytun bağları”, “Shokki Mokki” və digər milli markaların təqdim edildiyi stend ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
“İki sahil” xəbər verir ki, Rusiya bazarına yeni təklif olunan “Feel True” markası xüsusilə qonaqların diqqətini cəlb edib. Adıçəkilən marka artıq 4 ildən artıqdır ki, ölkəmizdə sağlam həyat tərzinə üstünlük verənlərin əsas seçimlərindəndir.
Qeyd edək ki, Bakıda və bölgələrdə 30-dan artıq istehsal müəssisəsi yaratmış “Azərsun Holdinq” 20 mindən artıq insanı daimi iş yeri ilə təmin edir və ölkəmizin ixrac potensialının artırılmasında mühim rol oynayır.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb