Vergi Məcəlləsindəki son dəyişikliklərə əsasən, qiymətli daşlar və metalların, o cümlədən, onlardan hazırlanmış məmulatların satışını həyata keçirən sahibkarların vergi yükünün optimallaşdırılması məqsədilə uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınan məmulatların dəyəri tam həcmdə gəlirdən çıxılan xərclərə aid edilir.
Bu barədə "İki sahil" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində mühüm dəyişikliklərdən biri də vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınan və tam həcmdə gəlirdən çıxılan xərclərə aid edilən malların dairəsinin genişləndirilməsi ilə bağlıdır.
Qeyd olunub ki, Vergi Məcəlləsinə əsasən malların vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi 2 faiz səviyyəsində məhdudlaşdırılır:
"Bu həddən artıq məbləğ gəlirdən çıxılmır. Məcəllədə istisna hallar müəyyən edilib ki, sözügedən tələb “Nağdsız hesablaşmalar haqqında” Qanunda göstərilən mallara, habelə daşınmaz əmlaka, avtomobil nəqliyyatı vasitələrinə və daşınar əsas vəsaitlərə aid olunmur".
"Təcrübədə qiymətli daşlar və metalların, onlardan hazırlanmış məmulatların satışı ilə məşğul olan şəxslər həmin malların əhəmiyyətli hissəsini vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında alırlar. 2 faizlik məhdudiyyət bu şəxslərin təqdim etdikləri malların alış dəyərinin gəlirdən çıxılan xərclərə aid edilməsinə imkan vermir", - məlumatda qeyd olunub.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb