Azərbaycanda qaz hasilatı artır, proqnozları üstələyir. Bu sahənin uğuru ölkənin qaz yataqlarına strateji investisiyalarla təmin edilib.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov Bakıda “IADC Drilling Caspian 2025” qazma konfransının açılışında bildirib.
Onun sözlərinə görə, neft hasilatı artıq hazır olan yataqların işlənməsi ilə bağlı azalma tendensiyası göstərir: "Amma biz bunu çağırış kimi deyil, innovasiya və transformasiya üçün bir fürsət kimi qəbul edirik. Qaz hasilatı göstəriciləri gözləntilərimizi üstələyir. Eyni zamanda Azərbaycan Avropanın əsas təchizatçısı və strateji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir".
SOCAR rəsmisi həmçinin vurğulayıb ki, ölkədə “Qarabağ”, “Əşrəfi - Dan Ulduzu – Aypara”, “Abşeron”, “Ümid” və “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda “deep-gas” daxil olmaqla yeni neft-qaz layihələrinin reallaşdırılması davam edir.
"Bütün bu yataqlar resurs bazasına əhəmiyyətli töhfə verəcək, hasilat səviyyəsini sabitləşdirəcək və enerji resurslarının uzunmüddətli ixrac tədarükünü təmin edəcək", - o əlavə edib.
B.Hüseynov qeyd edib ki, bu layihələr SOCAR-ın davamlı inkişafına töhfə verir və Azərbaycana enerjiyə artan tələbatı ödəməyə davam etməyə imkan yaradır.
“Report”
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb