İndiyə qədər Ağdam Sənaye Parkının rezidentləri 22,3 milyon manat dəyərində məhsul satışı həyata keçirib.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
"190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının 70 %-ə yaxın hissəsi sahibkarların istifadəsinə verilib. Hazırda Parkda 9 müəssisə fəaliyyət göstərir. Burada istehsal edilən məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə edilib. Park qısa müddət ərzində yaradılmasına baxmayaraq hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük Park hesab edilir. Burada 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər 276 milyon manatdan çox investisiya yatırmağı və 2 400-dən artıq iş yeri yaratmağı nəzərdə tutur. Artıq 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb. İşəgötürmə prosesində Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir", - deyə o qeyd edib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb