“BP-Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı "Azəri Mərkəzi Şərqi" (ACE) platformasından yeni hasilat quyusunun qazılmasına başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə şirkətin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda quyular üzrə vitse-prezidenti Rassel Morris məlumat verib.
"Ötən il ACE platformasından üç hasilat quyusu qazılıb. Hazırda dördüncü quyunun qazılmasına başlanılıb, cari ilin sonuna qədər artıq səkkizinci quyunun qazılmasını həyata keçirməyi planlaşdırırıq", - o, Bakıda keçirilən “IADC Drilling Caspian 2025” beynəlxalq konfransında bildirib.
R.Morris həmçinin qeyd edib ki, BP ACE platformasında qazın vurulması üçün bir neçə quyu qazmağı planlaşdırır.
"ACE platformasında lay təzyiqini saxlamaq məqsədilə qazın vurulması üçün bir neçə quyu qazmağı planlaşdırırıq. Bundan əlavə, şlamın təkrar vurulması (CRI) üçün quyunun qazılması nəzərdə tutulur ki, bu da səmərəliliyin artırılması və tullantıların optimal idarə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - o əlavə edib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb