Azərbaycan Mərkəzi Bankı (AMB) "PAŞA Bank” ASC-nin və "Yapı Kredi Bank Azərbaycan” QSC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində hər iki bankda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb. Son nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən "PAŞA Bank"ın vəzifəli şəxsi Ağdam Rayon Məhkəməsinin qərarı ilə 10 min manat, Məcəllənin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə "Yapı Kredi Bank Azərbaycan"ın vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 8 min manat cərimə edilib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb