1 yanvar 2025-ci il tarixə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar tərəfindən əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi 25 milyon 500 min manat təşkil etmişdir ki, bu da 1 yanvar 2024-cü ilin göstəricisi ilə müqayisədə 8 milyon 677 min manat və ya 1.5 dəfə çoxdur.
“İki sahil” xəbər verir ki, cəlb edilmiş bu növ əmanətlərin 94.4 faizi və ya 24 milyon 60 min manatı milli valyutada, 5.6 faizi və ya 1 milyon 440 min manatı isə xarici valyutada olan əmanətlərin payına düşmüşdür ki, milli valyutada cəlb edilmiş əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 178 min manat və ya 1.5 dəfə, xarici valyutada cəlb edilmiş əmanətlərin həcmi isə 499 min manat və ya 1.5 dəfə çox olmuşdur.
Azərbaycan Respublikasi Mərkəzi Bankinin Naxcivan MR İdarəsindən verilən məlumata görə, 2024-cü ilin yanvar-dekabr ayları ərzində regionda fəaliyyət göstərən bank və bank filiallarının emissiya etdiyi ödəniş kartları vasitəsilə ölkədaxili və ölkəxarici nağdsız əməliyyatların və onların regiondakı ödəniş xidməti şəbəkəsi vasitəsilə həyata keçirilən nağdsız əməliyyatların həcmi ümumilikdə 1 milyard 26 milyon 328 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 408 milyon 733 min manat və ya 1.7 dəfə çoxdur.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub