Növbəti tədris ilində bütün ölkə məktəblərində şagird davranış qaydalarının tətbiqi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, şagird davranış qaydaları 329 məktəbdə iki tədris ili pilot olaraq tətbiq edilir:
"Pilot müəssisələrdə monitorinqlər həyata keçirilib və müsbət geridönüşlər əldə edilib".