Ötən il "Azərpoçt"un gəlirlərinin 65%-i maliyyə xidmətlərinin, 28%-i poçt xidmətlərinin, digər hissəsi isə logistika və digər xidmətlərin payına düşüb.
“İki sahil” xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev qurumun 2024-cü il ərzində gördüyü işlər, eləcə də maliyyə nəticələri barədə danışarkən deyib.
"Xərclərimizin 60%-i isə əmək haqqı xərclərinin payına düşür. Ötən ili xalis mənfəətlə başa vurmuşuq. Bu ili də xalis mənfəətlə yekunlaşdırmaq hədəflərimizdən biridir. Ümumilikdə son üç ildə "Azərpoçt"un maliyə dayanıqlılığının qorunması və fəaliyyətinin xalis mənfəətlə davam etdirilməsi əsas hədədlərimizdəndir", - deyə İ.Mustafayev əlavə edib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb