İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətinin mahiyyəti və istifadə qaydaları barədə məlumatların ictimaiyyətə çatdırılması üçün maarifləndirici təlimat hazırlayıb və internet səhifəsində yerləşdirib.
“İki sahil” xəbər verir ki, təlimatla bu linkdən tanış olmaq mümkündür.
Təlimatda elektron xidmətin istifadəsi və müraciətin rəsmiləşdirilməsi qaydaları, tələb olunan sənədlər, baxılma proseduru və mərhələlərlə bağlı zəruri məlumatlar yer alıb. Məqsəd müraciət edən torpaq mülkiyyətçiləri tərəfindən daxil olan sənədlərin tam və düzgün tərtib olunmasına, elektron müraciətlərin qanunvericilikdə müəyyən edilmiş müddətdə baxılması və cavablandırılmasına nail olmaqdır. Həmçinin, təlimat vasitəsilə mülkiyyətçilərin müraciətlə bağlı yarana biləcək sualları aydın formada və sənəd nümunələri ilə cavablandırılıb.
Müraciətlərin düzgün qəbulu, etibarlılığı və vaxtında cavablandırılması üçün müraciət edən subyektlər qanunla müəyyən edilmiş elektron imzalara sahib olmalı, əlavə olunmalı sənədlərin tamlığı və dürüstlüyü təmin edilməlildir.
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub