Türkmənistanda “Made in Azerbaijan” brendi məhsullarının onlayn satışına başlanılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycanın Türkmənistandakı səfirliyindən bildirilib ki, Azərbaycan məhsulları Türkmənistandakı üç böyük onlayn platformada – “GiperTM”, “Ynamdar” və “AshgabatMarket”də satışa çıxarılıb.
Bu platformalar böyük bir istehlakçı auditoriyasına malik olduğu yerlərdir. İlkin olaraq, müxtəlif kateqoriyalarda məhsullar, o cümlədən çaylar, mürəbbələr, meyvə suları və digər konservləşdirilmiş qidalar təbii tərkibi və yüksək keyfiyyəti ilə alıcılara onlayn platformalarda təqdim edilir.
“Made in Azerbaijan” brendi məhsullarının Türkmənistan bazarında satışının onlayn formatda təqdim edilməsi onların daha geniş auditoriyaya çatmasına və daha çox müştəriyə əlçatan olmasına xidmət edir. Azərbaycanın istehsal etdiyi məhsullar təbii tərkibi və yüksək keyfiyyəti ilə türkmən alıcılarının diqqətini cəlb etməsinə imkan yaradır.
Satışda olan Azərbaycan məhsulları türkmən alıcıları tərəfindən keyfiyyət və qiymət baxımından rəğbətlə qarşılanır. Xüsusilə orqanik tərkibdə Azərbaycan çaylarının təbii qatqılarla zəngin olması istehlakçıların marağını daha çox cəlb edir.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb