Azərbaycan və Bolqarıstan maliyyə-bank sahəsində əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı səfərlərin təşkil edilməsi barədə razılıq əldə ediblər.
“İki sahil” xəbər verir ki, bu razılıq Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynovun Bolqarıstanın maliyyə naziri Temenujka Petkova ilə görüşündə əldə edilib.
Bu barədə Hüseyn Hüseynov özünün "X" səhifəsində paylaşım edib.
"Bolqarıstanın maliyyə naziri Temenujka Petkovayla görüşməkdən şad oldum. Maliyyə-bank sahəsində, pul-kredit və büdcə siyasətində Azərbaycan-Bolqarıstan əməkdaşlığının genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi apardıq. Biz iki ölkənin müvafiq nazirlikləri, eləcə də maliyyə qurumları arasında qarşılıqlı səfərlərin təşkili və təcrübə mübadiləsi barədə razılığa gəldik", - diplomat yazıb.