08 fevral 2025 17:46
78

Çexiyalı siyasətçi: Aİ tənqidi mövqeləri boğur, fərqli baxışları nifrətlə mübarizə adı altında məhdudlaşdırır

Avropa İttifaqının (Aİ) rəhbərliyi tənqidi qəbul etmir və fərqli baxışları nifrətin qızışdırılması ilə mübarizə adı altında məhdudlaşdırır.

“İki sahil” xəbər verir ki, bu fikirləri Çexiyanın AUTO siyasi partiyasının lideri Petr Matsinka Avropa Parlamentindəki sağ-mühafizəkar partiya liderlərinin toplantısında çıxışı zamanı səsləndirib. O vurğulayıb ki, Aİ real problemlərin həlli əvəzinə, uğursuzluğa məhkum sosial eksperimentlərə üstünlük verir: “Avropa İttifaqı ənənəvi dəyərləri zəiflədən və üzv ölkələrin iqtisadi potensialına mənfi təsir göstərən siyasət yürüdür. Bu yanaşma, həmçinin ümumi təhlükəsizlik mühitini pisləşdirir. Rəsmi mövqeyə qarşı çıxan istənilən tənqidi fikir nifrət nitqi ilə mübarizə adı altında boğulur”.