08 fevral 2025 18:18
81

Modi Trampla rüsumların azaldılmasını müzakirə etmək niyyətindədir

Hindistanın Baş naziri Narendra Modi gələn həftə ABŞ Prezidenti Donald Trampla gömrük rüsumlarının azaldılması, həmçinin enerji və silah təchizatının artırılmasını müzakirə etməyi planlaşdırır.

“İki sahil” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan Hindistan rəsmiləri məlumat verib.

Modinin fevralın 12-də Vaşinqtona gedəcəyi və güman ki, fevralın 13-də Trampla görüşəcəyi gözlənilir. Həmçinin İlon Mask və digər amerikalı sahibkarlarla görüş də mümkündür.

Adının açıqlanmasını istəməyən mənbələr Yeni Dehlinin Trampın analoji hərəkətlərinə cavab olaraq 2019-cu ildə Amerika mallarına tətbiq edilən bəzi rüsumların mərhələli şəkildə götürülməsi ilə bağlı danışıqlara hazır olduğunu bildirib.

Hindistan həmçinin bazara çıxış problemlərini həll etmək üçün ABŞ ilə məhdud ticarət sazişini müzakirə etməyə də hazırdır.

Hindistanın xarici işlər naziri Vikram Misri cümə günü jurnalistlərə Yeni Dehlinin iki liderin görüşündə rüsumlarla bağlı daha intensiv və uzun müzakirələr gözlədiyini bildirib. Onun sözlərinə görə, Hindistan həmçinin nüvə enerjisi layihələrinə Amerika sərmayəsi əldə etməyə də çalışacaq.

Trampla görüşməzdən əvvəl Modi fevralın 10-da Fransaya səfər edəcək və Prezident Emmanuel Makronla görüşəcək.