09 fevral 2025 00:31
88

Mask “TikTok”u alacaq? - ÖZÜ AÇIQLADI

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri olan milyarder İlon Mask “TikTok” sosial şəbəkəsini almaqda maraqlı olması ilə bağlı şayiələri təkzib edib.

İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

O, Almaniyada media konqlomeratının rəhbəri Axel Springer, Matthias Döpfner tərəfindən təşkil edilən konfransda çıxışı zamanı deyib: "Mən “TikTok”u almaq üçün heç bir təklif etməmişəm".

“TikTok”a sahib olsaydım nə edəcəyimlə bağlı heç bir planım yoxdur. “TikTok”u almağa tələsmirəm” deyən Mask, əlavə edib ki, şirkətləri sıfırdan qurmağa üstünlük verir.

Xatırladaq ki, Mask 2022-ci ildə “Twitter”i satın almış, sonradan adını “X” olaraq dəyişdirdi.

Mask həmçinin bildirib ki, o, “TikTok”dan istifadə etmir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”