09 fevral 2025 01:01
91

Livan Prezidenti orduya əmr verdi

Livan Ordusunun komandanlığı Prezident Cozef Aunun əmri ilə Suriya ərazisindən atəşə cavab olaraq Suriya ilə sərhəddə yerləşən qoşunlara atəş açmaq əmri verib.

“İki sahil” xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Livan Prezidenti, general Cozef Aunun tapşırığına əsasən, Silahlı Qüvvələrin komandanlığı şimal və şərq sərhədlərində yerləşən hərbi birləşmələrə Suriya ərazisindən Livan yaşayış məntəqələrinə doğru endirilən atəş mənbələrinə cavab zərbələri endirmək əmri verib”, - məlumatda deyilir.