10 fevral 2025 10:10
123

Diniyev Çoruma köçüb?

Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyev klubunu dəyişib.

“İki sahil” xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi çıxış etdiyi Türkiyənin “Bandırmaspor” komandasından 1-ci liqanın digər təmsilçisi “Çorum” klubuna keçib. 

Bu barədə “Çorum Haber” nəşri məlumat yayıb.

Millimizin futbolçusunun yeni klubu ilə  1,5 ilik müqavilə imzaladığı bildirilir.

“Çorum” hazırda turnir cədvəlində 23 oyundan 35 xalla 7-ci yeri tutur və Superliqaya vəsiqə uğrunda yarışır.

Qeyd edək ki, C.Diniyev bu mövsüm Türkiyə 1-ci liqasında 20 oyunda meydana çıxıb, 2 qolun ötürməsini edib.