Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) birgə təşkilatçılığı ilə Xızıda keçirilən şose velosipedi üzrə ölkə çempionatında qrup ötüşməsinə start verilib.
“İki sahil” xəbər verir ki, bu barədə AVİF-nin mətbuat xidməti məlumat yayıb.
Artıq 3 yaş kateqoriyasında qaliblər müəyyənləşib.
Yeniyetmə qızlar və oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri uğurla çıxış ediblər. 42 km məsafəyə yarışda Məryəm Hüseynova və Raul Mahmudov finiş xəttini 1-ci keçərək Azərbaycan çempionu olublar. Onların komanda yoldaşı Əli Rzazadə isə 17 yaşadək oğlanlar arasında 60 km məsafəni hamıdan tez qət edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Son yarış günündə Elit/U-23 yaş kateqoriyasında mübarizə aparan kişi velosipedçilər 104 km məsafəyə yarışda ölkə çempionunun adına aydınlıq gətirəcəklər.
U-15 qızlar (42 km)
1. Məryəm Hüseynova (ROEQİUGVM) – 1:29,48
2. Ceyla Həşimova (Təhsil RİM) – 1:30,01
3. Nəzrin İsbəndiyarova (ROEQİUGVM) – 1:30,03
U-15 oğlanlar (42 km)
1. Raul Mahmudov (ROEQİUGVM) – 1:12,46
2. Emil Abbasov – 1.17'14
3. Ərşad Əsədov (ROEQİUGVM) – 1:23,02
U-17 oğlanlar (60 km)
1. Əli Rzazadə (ROEQİUGVM) – 1:53,44
2. Teymur Cəfərov (ROEQİUGVM) – 1:53,50
3. Röyal Aslanov (Təhsil RİM) – 1:54,41