Cəmi 30 il ərzində Azərbaycanda sıfırdan çox müasir, inkişaf etməkdə olan ölkə qurulub.
“İki sahil” xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatı"nın (World Development Report - WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.
"İqtisadi çətinliklərin öhdəsindən gələrək, dayanıqlı artım üçün əsaslar - bünövrə qurmuşuq. Azərbaycan indi 54 orta gəlir təbəqəli ölkələr sırasındadır. Bu, qısa müddət ərzində çox ciddi nailiyyətdir. Həyata keçirilən siyasət nəticəsində Azərbaycanın regionda həm siyasi, həm də iqtisadi baxımdan mövqeyi güclənib. Eyni zamanda bu qüvvə bizə ərazi bütövlüyümüzü və suverənliyimizi bərpa etməyə imkan verib. Dövlətimizin inkişafı bir məqamı önə çəkir ki, güclü liderlik çox vacibdir. Heydər Əliyevin liderliyi altında Azərbaycan yoxsulluqdan dayanıqlılıq və qüvvətə çatıb", - deyə o qeyd edib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb