Azərbaycan qeyri-neft-qaz sektorlarını dünya iqtisadiyyatına daha fəal şəkildə inteqrasiya etməlidir.
“İki sahil” xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə baş iqtisadçısı İvaylo İzvorski qurumun 2024-cü il üzrə “Dünyanın İnkişafı haqqında Hesabatı”nın təqdimatında bildirib.
Onun sözlərinə görə, Azərbaycan artıq enerji sektoru sayəsində dünya bazarında möhkəm mövqe tutub:
“Ölkə tanınmış qlobal oyunçudur, Avropa İttifaqına təbii qaz ixracını artırır, qabaqcıl qazma texnologiyalarına, inkişaf etmiş infrastrukturuna və güclü emal müəssisələrinə malikdir. Bəs digər sektorları bu səviyyəyə necə çatdırmaq olar? Onların qlobal bazara inteqrasiyasını necə təmin etmək mümkündür? Bu sahələrdə neft-qaz sektoru ilə müqayisə edilə bilən uğura necə nail olunmalıdır? Əminəm ki, bunun açarı dünya iqtisadiyyatında daha fəal iştiraka bağlıdır. Əgər qonşu ölkələrlə inteqrasiya məhduddursa, qlobal bazara çıxış və beynəlxalq əməkdaşlığın genişləndirilməsi vacibdir”.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb