Ötən il Azərbaycan Türkiyədən 3,1 milyard dollar dəyərində məhsul idxal edib.
“İki sahil” “Anadolu” agentliyinə istinadla xəbər verir ki, 2024-cü ildə Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkələr sırasında Azərbaycan beşinci yerdədir.
Qeyd olunan dövrdə Türkiyə qonşuları Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstana ümumilikdə 34,2 milyard dollarlıq məhsul ixrac edib. Sözügedən məbləğ 2023-cü ildə təxminən 31,9 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 7,4 faiz artım deməkdir.
Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkə 13 milyard dollarla İraq olub. Siyahıda İraqdan sonra 5,2 milyard dollarla Bolqarıstan, 4,8 milyard dollarla Yunanıstan, 3,2 milyard dollarla İran, 3,1 dollarla Azərbaycan qərarlaşıb.
İxracda ən böyük illik artım 21,9 faizlə Bolqarıstana, 15,5 faizlə Yunanıstana və 10,1 faizlə Azərbaycana qeydə alınıb.
Qeyd edək ki, Naxçıvanla bağlı rəsmi məlumat olmadığı üçün hesablamaya daxil edilməyib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb