“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Ağdam” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb.
“İki sahil” ASCO-ya istinadən xəbər verir ki, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.
Təmir müddətində gəmi üzrə gövdə qaynaq, avtomatika və boru işləri görülüb, baş mühərriklər və müxtəlif təyinatlı nasoslar sazlanıb. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda zəruri işlər görülüb.
Bundan başqa, “Ağdam” gəmi-bərəsində müasir VHF partlayışadavamlı əl radiostansiyaları və sürətölçmə avadanlığı (LAQ) quraşdırılıb, gəminin qara qutusunda və Komanda Yayım Qurğusunda təmir-bərpa işləri aparılıb.
Proses başa çatdıqdan sonra gəmi-bərə yenidən istismara qaytarılıb. Hazırda “Ağdam” Ələt limanından Türkmənistanın Türkmənbaşı limanına istiqamətlənib.
Qeyd edək ki, uzunluğu 154,3 metr, eni 18,3 metr olan “Ağdam” gəmi-bərəsinin maksimal sürəti 12,5 uzeldir.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb