ABŞ Prezidenti Donald Tramp Avropa istehsallı əczaçılıq məhsullarına rüsumlar tətbiq edə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
"Tramp heç bir müddət göstərməsə də, o, Avropa əczaçılıq sektoruna zərbə vuracağını da vəd edib. Ən çox kim zərər çəkəcək? Ehtimal ki, bu İrlandiya olacaq", - nəşr qeyd edib.
ABŞ 2023-cü ildə təxminən 54 milyard avro dəyərində İrlandiya ixrac mallarının ən böyük alıcısı olub ki, bunun 36 milyard avrosu dərman preparatları və kimyəvi maddələrin payına düşüb.
Trampın tədbirləri, həmçinin "Ozempic" preparatının istehsalı ilə tanınan Danimarka əczaçılıq şirkəti “Novo Nordisk”ə də təsir göstərə bilər.
"İlk rüsum tətbiqi təhdidi Qrenlandiya üzərində nəzarətdən imtina etmək istəmədiyi üçün Danimarkaya qarşı səsləndirildi. Təbii ki, bu, ölkənin ən məşhur şirkəti olan. “Novo Nordisk”ə zərbə vuracaq", - nəşr yazıb.