Donald Tramp girovların azad olunmayacağı təqdirdə HƏMAS-a “cəhənnəm” vəd edib.
“İki sahil” xəbər verir ki, fələstinli qruplaşmanın israilli girovların planlaşdırıldığı kimi fevralın 15-də azad edilməyəcəyi ilə bağlı xəbərlərinə Amerika prezidenti belə cavab verib.
Tramp jurnalistlərə bildirib ki, yəhudi dövlətinin şərtlərinə əməl edilmədiyi üçün Qəzza zolağında atəşkəs razılaşmasını ləğv etməyin vaxtı çatıb.
CNN-in məlumatına görə, Tramp vurğulayıb ki, məhbuslar şənbə günü günortaya qədər azadlığa buraxılmasalar, cəhənnəm olacaq.
ABŞ lideri bunun konkret olaraq necə olacağını açıqlamayıb.
HƏMAS girovları qaytarmaqdan imtina etməsini İsrailin sülh sazişlərini pozması ilə izah edib. Xüsusilə, Reuters-in yazdığı kimi, bu, İsrailin fələstinlilərin Qəzzanın şimalına qayıtmasını gecikdirdiyi, mülki əhalini atəşə tutmağa davam etməsi və razlşamada nəzərdə tutulduğu kimi humanitar yardımlın gəlməsini təmin etməməsi ilə bağlıdır. Bu gözlənilməz açıqlamadan sonra girovların ailələri Tel-Əviv küçələrinı çıxaraq hökumətə sövdələşmədən əl çəkməmək üçün təzyiq göstərirlər. "Reuters"in mənbələrinin məlumatına görə, Qəzza zolağında atəşkəsin vasitəçiləri - Qətər və Misir də razılaşmanın pozulacağından ehtiyat edirlər.
CNN bildirir ki, ABŞ prezidenti İsraili fevralın 15-i, şənbə günü günorta saat 12-yə kimi girovlar əsirlikdən azad edilməsə, öhdəliklərini yerinə yetirməkdən imtina etməyə və razılaşmanı ləğv etməyə çağırıb.
“The Times of Israel” yazır ki, HƏMAS nümayəndələri bu bəyanatı girovların azad edilməsi planlaşdırılandan 5 gün əvvəl xüsusi olaraq verdiklərini qeyd ediblər. İddialara görə, o zaman vasitəçilərin öhdəliklərini yerinə yetirməsi üçün İsrailə təzyiq göstərmək imkanı və vaxtı olacaq. Və bu baş verərsə, qrup razılaşmanın üzərinə düşən hissəsini yerinə yetirəcək. Razılaşmanın gələcəyi qeyri-müəyyən qalır.