11 fevral 2025 13:39
99

İrəvan və Bakının normallaşma istiqamətində müstəqil səylərini alqışlayacağıq - Peskov

Rusiya Ermənistan və Azərbaycan arasında normallaşmaya kömək etməyə hazırdır, lakin eyni zamanda iki tərəfin müstəqil səylərini alqışlayacaq.

“İki sahil”  Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan parlamentinin spikeri Alen Simonyanın İrəvanın bu məsələdə Moskvanın vasitəçiliyinə çətin ki razı olacağı barədə bəyanatını şərh edərkən deyib.