11 fevral 2025 14:55
102

Müəllim yeddi yaşlı məktəblini öldürdüyünü ETİRAF ETDİ - ŞOK MƏLUMAT

Cənubi Koreyanın Daejon şəhərində ibtidai məktəb müəllimi yeddi yaşlı şagirdi qətlə yetirdiyini etiraf edib.

“İki sahil” "Korea JoongAng Daily"ə istinadla xəbər verir ki, adı açıqlanmayan qadın müəllimə uşağa bir neçə bıçaq zərbəsi vurub. Araşdırma aparılır və cinayətin motivləri hələlik açıqlanmayıb. Faciənin baş verdiyi məktəbdə bu gün dərslər ləğv edilib.

Cinayət bazar ertəsi baş verib. Dərsdən sonra sinif otaqlarından birində qan içində olan qız və müəllim tapılıb. Uşağı xilas etmək mümkün olmayıb. Müəllimin yaraları cərrahi əməliyyatla müalicə olunub və axşam saatlarında o, qətli törətdiyini etiraf edib. Onun sözlərinə görə, bıçağı qətl baş verən gün səhər alıb və məktəbə gətirib. O, hansı uşağı öldürdüyünun onun üçün heç bir əhəmiyyəti olmadığını deyib. 

Cənubi Koreya mediasının məlumatına görə müəllim keçən ilin dekabrında depressiyadan müalicə alıb və altı ay xəstəlik məzuniyyəti götürüb. Amma 20 gündən sonra işə qayıdıb. Ötən həftə o, aqressiya halında başqa bir müəllimin qolunu burub və boynundan tutub və digər müəllimlər vəziyyətə müdaxilə etməli olublar.