Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus Vahid Elektron Xidmətlər Portalı (portal.rinn.az) saytında təqdim edilən bütün elektron xidmətlər "mygov" tətbiqi və "my.gov.az" veb platformasına inteqrasiya edilib.
“İki sahil” xəbər verir ki, bununla da RİNN-in strukturuna daxil olan və tabeliyindəki qurumların bütün elektron xidmətləri (57 xidmət) "mygov" üzərindən həyata keçiriləcək.
Qeyd edək ki, Vahid Elektron Xidmətlər Portalı 2022-ci ildə RİNN və tabeliyindəki qurumların bütün elektron xidmətlərinin vahid sistem üzərindən əldə edilməsi məqsədilə yaradılıb. İlk olaraq portala 6 xidmət inteqrasiya olunub. Bunlar “AzInTelecom” MMC-yə aid “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların qeydiyyat tarifi”, “IMEI yoxlama”, “Lokal çıxış (şəhər, rayon, daxili) danışıqlarının statistikası, “Vətəndaşların adına olan mobil nömrələr haqqında məlumat”, həmçinin “Azərpoçt” MMC-yə aid “Poçt göndərişlərinin izlənilməsi” xidmətləridir. Daha sonra digər 51 xidmətin də portala inteqrasiyası həyata keçirilib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb