13 fevral 2025 07:59
94

ABŞ Dövlət katibi Yaxın Şərqə ilk səfərini edəcək

ABŞ Dövlət katibi Marko Rubio fevralın 15-18-də İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində yüksəksəviyyəli görüşlərdə regional əməkdaşlıq, sabitlik və sülhün inkişaf etdirilməsi, amerikalıların və bütün digər girovların HƏMAS tərəfindən azad edilməsi, Qəzzada atəşkəs razılaşmasının II mərhələsinə keçmə və İran məsələsi müzakirə ediləcək.

Daha əvvəl fevralın 13-də dövlət katibi Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münhenə səfər edəcək və G7 Xarici İşlər Nazirlərinin Toplantısına da qatılacaq.