Ukrayna və Avropa ölkələri Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak etməlidir.
“İki sahil” xəbər verir ki, bu barədə "Deutschlandfunk"a Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
Müvafiq bəyanat ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından bir gün sonra verilib.
"Biz Ukraynanın iştirakı olmadan danışıqlar apara bilmərik. Avropada sülh təhlükə altındadır, buna görə də biz avropalılar danışıqlarda iştirak etməliyik", - deyə Berbok müsahibəsində bildirib.
Qeyd edək ki, fevralın 13-də Avropa ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının nümayəndələri “Veymar+” formatında görüş keçirib, daha sonra Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən birgə bəyanatla çıxış ediblər.