Astanada ( Qazaxıstan) çeşidləmə yolunda yük konteynerində güclü partlayış baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə KazTAG məlumat yayıb.
“2025-ci il fevralın 14-də saat 00:30-da Astana stansiyasının çeşidləmə yolunda yük konteynerində partlayış baş verib”, - məlumatda deyilir.
Məlumata görə, konteynerdə əvvəllər yük - elektrik avadanlıqları (transformatorlar, generatorlar) olub.
Tələfat və xəsarət alanlar yoxdur.
Konteyner özəl şirkətə məxsus olub.
“Faktla bağlı səlahiyyətli qurumların iştirakı ilə araşdırmalara başlanılıb”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”