14 fevral 2025 09:21
111

Rubionun olduğu təyyarədə texniki nasazlıq yaranıb

Almaniyaya səfərə gedən ABŞ dövlət katibi Marko Rubionun olduğu təyyarə texniki nasazlıq səbəbindən geri dönüb.

İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce məlumat verib.

"Bu axşam Vaşinqtondan Münhenə yola düşən dövlət katibi Rubionu aparan təyyarədə mexaniki problem olub", - Bruce deyib.

Təyyarənin Merilend ştatındakı Endryus Birgə Bazaya döndüyünü deyən Bruce, Rubionun Almaniya və Yaxın Şərqə səfərləri üçün fərqli bir təyyarədən istifadə edəcəyini söyləyib.

Adının açıqlanmasını istəməyən məmur deyib ki, havaya qalxdıqdan təxminən 90 dəqiqə sonra Boeing 757 C-32 təyyarəsinin kokpit pəncərəsində texniki nasazlıq yaranıb”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”