Tayvanda partlayışın baş verdiyi univermağın sahibi olan "Shin Kong Group" şirkəti hadisəyə görə məsuliyyəti öz üzərinə götürdüyünü və ölənlərin ailələrinə təzminat ödəyəcəyini bildirib.
“İki sahil”in "Taipei Times" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə şirkətin prezidenti Riçard Vu bildirib.
"Şirkət rəhbərliyi ölənlərin hər birinin ailəsinə 1 milyon Tayvan dolları (təxminən 30 min dollar) təzminat verir.
Partlayış univermağın 12-ci mərtəbəsində baş verib, ilkin məlumata görə, qaz balonu partlayıb. Nəticədə 5 nəfər ölüb, 30-a yaxın yaralı var, 25 nəfər isə şəhər xəstəxanalarındadır.