14 fevral 2025 09:26
115

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura start verilir

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura bu gün start veriləcək.

“İki sahil” xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Milli Aviasiya Akademiyası" "Azərreyl"lə üz-üzə gələcək. Daha sonra "Murov Az Terminal" UNEC-i sınağa çəkəcək.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Yüksək Liqa

Qadınlar

XI tur

14 fevral

16:00. “Milli Aviasiya Akademiyası” - “Azərreyl"

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

18:00. "Murov Az Terminal" - UNEC

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

Qeyd edək ki, XI tura sabah keçiriləcək "Gəncə" - "Abşeron" görüşü ilə yekun vurulacaq. Qarşılaşma Gəncə İdman Sarayında baş tutacaq.