14 fevral 2025 10:01
103

Məhkəmə Tramp administrasiyasını digər ölkələrə yardım göstərməyə məcbur edən qərar çıxarıb

Kolumbiya dairəsi federal məhkəməsi Prezident Donald Trampın administrasiyasını ABŞ-nin digər ölkələrə əvvəllər dayandırılmış yardımını müvəqqəti olaraq bərpa etməyə məcbur edib.

“İki sahil” xəbər verir ki, bu barədə məhkəmənin elektron bazasında dərc edilmiş qərarda bildirilib.

Sənəddə vurğulanıb ki, Vaşinqton administrasiyası məsələyə dair hərtərəfli izahat verməyib. Qərara əsasən, dəymiş zərərin miqyasının artmasının qarşısını almaq üçün ABŞ hakimiyyəti məhkəmə araşdırması müddətində yardım göstərilməsinə qoyulan qadağanı ləğv etməlidir. Söhbət ABŞ-nin digər ölkələrə yardım göstərməsi ilə əlaqədar müxtəlif ABŞ təşkilatları və şirkətlərinə dəyən zərərdən gedir.

Tramp administrasiyasına qarşı iddia bu həftənin əvvəlində bir qrup hüquq müdafiə təşkilatı, ticarət-sənaye birlikləri və podratçı təşkilatlar tərəfindən qaldırılıb. Onlar xarici yardımın dondurulmasının tam ləğvini tələb edirlər. İddiaçılar Tramp administrasiyasının qəbul etdiyi tədbirlərin onlara ciddi ziyan vurduğunu bildiriblər.