14 fevral 2025 10:11
110

Bekhem "Real"da oynamağına peşman olub

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem karyerası ərzində verdiyi qərarlardan danışıb.

“İki sahil” xəbər verir ki, o, 2003-cü ildə “Mançester Yunayted”dən “Real”a keçdiyi üçün peşman olduğunu bildirib.

"Karyeramın qalan hissəsində "Mançester Yunayted"də olmaq və heç vaxt ayrılmamaq istərdim. Amma bu, nəzərdə tutulmamışdı. Karyeramın ən böyük peşmanlığı "Real"a keçmək idi".

Qeyd edək ki, Devid Bekhem peşəkar futbolçu karyerası ərzində “Mançester Yunayted”, “Preston”, “Real”, “Los Anceles Qelaksi”, “Milan” və PSJ kimi klublarda oynayıb. 49 yaşlı Bekhem hazırda "İnter Mayami" klubunun prezidentidir.