Donald Trampın Ağ Evə qayıtması və dövlət başçısı qismində ilk addımları Avropa İttifaqı üçün elektroşok zərbəsi kimi olub.
“İki sahil” xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “Financial Times” qəzetinə müsahibəsində bildirib.
"Bu elektroşokdur. Bizə asimmetrik impulslar, xarici impulslar lazımdır. Bu, Avropa üçün sürətlənmək və hərəkət etmək vaxtıdır", - o bildirib.
Fransa Prezidentinin sözlərinə görə, Avropa İttifaqının Çin satış bazarına, "Amerika hərbi çətiri"nə və Rusiyadan ucuz qaza güvəndiyi model artıq işləmir.
"Biz, həmçinin tam inteqrasiya olunmuş Avropanın müdafiə, sənaye və texnoloji bazasını işləyib hazırlamalıyıq", - o əlavə edib.
E.Makron Avropanı ABŞ silahlarından, xüsusilə “Patriot” zenit-raket komplekslərindən asılılığı dayandırmağa çağırıb və Avropa tərəfdaşlarına Fransa-İtaliya istehsalı “SAMP-T” hava hücumundan müdafiə sistemlərini almağı tövsiyə edib.