Hindistanın baş naziri Narendra Modi və ABŞ Prezidenti Donald Tramp ticarət sazişi üzrə danışıqlara başlamaq və tariflərlə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq barədə razılığa gəliblər.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Vikram Misri Ağ Evdə iki lider arasında keçirilən danışıqlardan sonra deyib.
Onun sözlərinə görə, Vaşinqtonla Yeni Dehli arasında razılaşma yeddi ay ərzində bağlana bilər: “Biz bu məsələdə, yəni ikitərəfli ticarət sazişini müzakirə etmək və ya müzakirələrə başlamaq üçün razılaşmalar baxımından irəliləyiş əldə etdik və bu, həqiqətən də irəli getmək üçün yaxşı fürsət ola bilər”.