15 fevral 2025 17:17
125

Ukrayna NATO üzvlüyünü gündəmdən çıxarır? - Zelenskidən AÇIQLAMA

Ukrayna NATO üzvlüyünü gündəmdən çıxarmayacaq.

İki sahil” "Ukrinform"a istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“NATO-nun ən nüfuzlu üzvü, deyəsən, (Rusiya prezidenti Vladimir) Putindir, çünki onun şıltaqlıqları NATO qərarlarını əngəlləmək gücünə malikdir", - deyə Ukrayna lideri əlavə edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”