15 fevral 2025 08:55
113

Konqo Demokratik Respublikasının Prezidenti Afrika ölkələri sammitində iştirakdan imtina edib

Konqo Demokratik Respublikasında vəziyyət getdikcə ağırlaşır.

“İki sahil” xəbər verir ki, M23 qruplaşmasının döyüşçüləri artıq Bukavu şəhərini və aeroportu ələ keçiriblər. Konqo ordusu demək olar heç bir müqavimət göstərmədən şəhəri tərk edib.

Münxen Təhlükəsizlik Konfransında iştirak edən prezident Felisk Şizekedi Afrika İttifaqı dövlət başçılarının bu gün Əddis-Əbəbədə keçiriləcək sammitində iştirakdan imtina edib. Dövlət başçısı Kinşasaya qayıdaraq vəziyyətə şəxsən nəzarət etməyə qərar verib.