15 fevral 2025 09:32
119

Braziliya prezidentindən ABŞ-a reaksiya

ABŞ prezidenti Donald Trampın gömrük rüsumlarına iqtisadi şəkildə cavab verəcəyik; ya Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcəyik, ya da ABŞ-dan idxal etdiyimiz məhsullara vergi tətbiq edəcəyik.

İki sahil” xəbər verir ki, bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva deyib. O, əlavə gömrük rüsumlarının heç kimə fayda verməyəcəyini bildirib.

Trampla prezident seçildikdən sonra görüşmədiyini bildirən Lula da Silva, "Biz müharibə deyil, sülh istəyirik. ABŞ-ı çox vacib bir ölkə olaraq görürük. Ümid edirəm ki, ABŞ da bizim üçün eyni cür düşünür", - deyib.

ABŞ-ın İkinci Dünya Müharibəsindən bu yana "dünyanın demokratiyanı qoruyan gücü" və "qlobal nizamın şerifi" roluna zidd siyasətlər yürütdüyünü söyləyən Lula da Silva əlavə edib: "Amerikalılar üçün indi yalnız Amerika var. Onlar üçün bu: "Hər məhsula vergi qoyacağam, Qrenlandiyanı götürəcəyəm, Kanadanı ilhaq edəcəyəm, Panama kanalını ələ keçirəcəyəm, milyonlarla insanı deportasiya edəcəyəm". Bu, məni narahat edir. Çünki dünyada həqiqətən risk altında olan ən yaxşı hökumət sistemi olan demokratiyadır. Amma Tramp istədiyini edə bilməz. Əgər başqa ölkələrə təsir edəcək addımlar atsa, mütləq əks reaksiya olacaq".

Məhərrəm Ağalaroğlu, “İki sahil”